Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini həmişə tətbiq olunduğu kimi, yarım il yox, bir il uzada bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Avropa İttifaqı Şurasının Lüksemburqdakı iclasına gələrkən bildirib.
"Əlavə sanksiyalar və ya sanksiyaların 6 ay əvəzinə 12 ay müddətinə uzadılması həqiqətən ola bilər", - o deyib.