İranın Suriyadakı hərbi bazasında partlayış: 20 ölü, çoxlu yaralı var
12:08 - 15 Aprel 2018 - DÜNYA
İranın Suriyanın Hələb şəhərinin cənubunda yerləşən təlim düşərgəsində güclü partlayış olub.
APA-nın məlumatına görə, CNN Türk hadisə yerindəki mənbələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 20 əsgər həlak olub, çoxlu sayda yaralı var.
Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub.
Partlayış baş verən ərazidə İsrail Hərbi Havva Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçuşlar etdiyi bildirilir. Partlayışın da məhz havadan endirilən zərbələr nəticəsində baş verdiyi ehtimal olunur.
Digər məlumatlarda isə deyilir ki, partlayış silah anbarında olub.
Məlumat hələlik rəsmi təsdiqlənməyib.