Türkiyədə psixiatrik klinikada yanğın olub
15:48 - 14 Aprel 2018 - DÜNYA
Türkiyənin şimal-şərqində Bursa vilayətində psixiatrik klinikada yanğın baş verib.
Yanğın klinikanın yeməkxanasında başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Klinikadakı pasiyentlərin və həkimlərin təxliyə olunduğu bildirilib.
Yanğınının başvermə səbəbləri və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Trend