Türkiyə XİN: “Bu əməliyyatı məmnunluqla qarşılayırıq”

10:30 - 14 Aprel 2018 - DÜNYA

“Bu əməliyyatı məmnunluqla qarşılayırıq”. “Report” “Hurriyyet”ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və müttəfiqlərinin aprelin 14-də gecə saatlarında Suriyaya endirdikləri hava zərbələrini qiymətləndirərkən bildirib. XİN-in açıqlamasında daha sonra vurğulanıb: “Aprelin 7-də Dumada mülki insanların ölmünə səbəb olmuş kimyəvi silahla hücumun qarşılığında ABŞ, İngiltərə və Fransanın aprelin 14-də Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı yerində edilən bir təzyiq olaraq görürük”. 

Xəbər xətti