ABŞ-ın əsas sanksiyaçı məmuru istefa verdi

21:31 - 13 Aprel 2018 - DÜNYA

ABŞ-ın əsas sanksiyaçı məmuru Con Smit mayda öz vəzifəsindən gedəcək.  Maliyyə Nazirliyinin əsas struktur rəhbəri öz xahişi ilə işdən gedir.

Con Smit bu vəzifədə 2015-ci ilin fevralından çalışır, 11 il OFAC-da işləyib.

Məmurun səlahiyyətlərini onun müavini həyata keçirəcək.

Qeyd edək ki, Con Smitin adı son illər Rusiya, Şimali Koreya, İran və Venesuelaya tətbiq olunan sanksiyalarla birgə çəkilir.

Onun rəhbərliyi dövründə 400 rus təşkilatına sanksiya tətbiq olunub.trend

Xəbər xətti