Rusiya ABŞ sanksiyalarına cavab hazırlayıb

14:13 - 13 Aprel 2018 - DÜNYA

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub. APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata görə, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb.

V. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb.
Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib.
İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb.

Xəbər xətti