Bəşşar Əsəd prezident sarayını tərk edərək Rusiyanın hərbi bazasına sığınıb

11:07 - 13 Aprel 2018 - DÜNYA

 Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ölkə paytaxtı Dəməşqdəki prezident sarayını tərk edərək, Rusiyanın hərbi hava bazasına sığınıb. “Report” xəbər verir ki, bunu “Daily Star” yazıb.

Məlumata görə, B.Əsəd rusiyalı hərbçilərin müşaiyəti ilə Suriyanın Lazkiye rayonunun cənub-şəqrində yerləşən Hmeyimdəki Rusya hərbi hava bazasına gedib. Onun pəncərəsi olmayan bir sığınacaqda qaldığı, yanında başqa suriyalı yüksək vəzifəli şəxslərin olmadığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl B.Əsədin İrana qaçdığına dair məlumat yayılmışdı.

Xəbər xətti