Almaniya Suriyada heç bir hərbi əməliyyatda iştirak etməyəcək.SalamNews-un "Haberler"ə istinadən verdiyi xəbərə görə, bunu Almaniya federal kansleri Angel Merkel bəyan edib.
A. Merkel bildirib ki, Şərqi Qutada kimyəvi silah tətbiqinin arxasında Suirya hökumətinin dayandığına dair çoxlu sübutlar var: "Görünür, 2013-cü ildə razılaşdırılsa da, Suriya hökuməti kimyəvi silah ehtiyatlarını tamamilə məhv etməyib. Çox təəssüf edirik ki, BMTTəhlükəsizlik Şurasının üzvləri iclasda Suriyadakı kimyəvi hücumla bağlı heç bir razılaşma əldə edə bilməyiblər".