Müdafiə naziri: "Ordu əməliyyata hazırdı"
21:01 - 11 Aprel 2018 - DÜNYA
"Ordumuz əməliyyata hazırdır. Mümkün variantları prezident Trampa təqdim etməyə hazırıq".
APA-nın xəbərinə görə, bu sözləri ABŞ müdafiə naziri Ceyms Mattis deyib.
Xatırladaq ki, prezident Donald Tramp Suriyaya raket zərbələri endirəcəklərini bildirib.