NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

17:16 - 11 Aprel 2018 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq gələn həftə Türkiyəyə rəsmi səfər edəcək.   APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, baş katibin səfəri aprelin 16-da reallaşacaq.     Y. Stoltenberq səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşlərdə Türkiyə-NATO əlaqələri, "Zeytun budağı" hərbi əməliyyatı, terrorla mübarizə, NATO-nun Brüssel zirvəsinə hazırlıq və regional məsələlərin müzakirə edilməsi  gözlənilir.

Xəbər xətti