GUAM PA-nın müşahidəçisi: "Seçki prosesinin bütün beynəlxalq standartlarına əməl edilir"
11:12 - 11 Aprel 2018 - Xəbər
"Azərbaycanda seçkilər sakit ab-havada keçirilir".
Ucnoqta.az xəbər verir ki, bunu "Report"a Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən GUAMParlament Assambleyasının Gürcüstandan olan nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze deyib.
"Ümumilikdə seçkilər sakit, işgüzar mühitdə keçirilir. Seçki prosesinin bütün beynəlxalq standartlarına əməl edilir. Yekun bəyanat üçün tam təəssürat yaratmaq üçün bu gün, təqribən, 25 məntəqəyə baş çəkməyi düşünürük", - G.Mosidze bildirib.