“Azərişıq” cənub bölgəsində yenidənqurma işləri aparır

17:35 - 10 Aprel 2018 - Xəbər

Rayonlarda yeni yarımstansiyalar tikilir, transformatorlar və hava xətləri dəyişdirilir

"Azərişıq” ASC Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələri hissə-hissə yenidən qurur. Ucnoqta.az ASC-yə istinadən xəbər verir ki, 2018-ci ilin arxada qalan ayları ərzində Masallı rayonunun ərazisində 35 kV-luq Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib.
Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndlərinə istiqamətində gedən 4 ədəd 10 kv –luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin 0.4 kV-luq hava xətləri şəbəkələri ÖİN kabellərlə əvəzlənib, kəndlərə yeni KTM-lər qurlaşdırılıb. Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasıın yenidənqurulma prosesi gedir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni KTM -lər quraşdırılır.

Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.
Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0.4 kV –luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda anoloji proses rayonun Orand kəndində aparılır.
Cəlilabad rayonunda 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənərək sayğaclar çölə çıxarılır.
Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir.
Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub, hazırda Bəydilli kəndində KTM-lər qurlaşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.

Xəbər xətti