Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırmalara başlanılıb
Səbail rayonu, Bayıl qəsəbəsində yeni doğulmuş körpə meyiti tapılıb. Parçaya bükülmüş oğlan uşağının meyitini yerli sakinlər aşkar edib və dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gələn 8-ci Polis Bölməsinin əməkdaşları körpənin meyitini Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə təhvil veriblər.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırmalara başlanılıb. (olke.az)