Bakıda prokuror İran vətəndaşına 10 il iş istəyib

13:15 - 27 Mart 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana psixotrop maddə gətirməkdə təqsirləndirilən İran vətəndaşı, 1969-cu il təvəllüdlü Gonbari Albariyə cəza istənilib. 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək G.Albarinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
G.Albari son söz deməkdən imtina edib. Məhkəmə kollegiyası müşavirəyə çıxıb.
Gonbari Albari İrandan Azərbaycana psixotrop maddə gətirməkdə, satışında və istifadəsində ittiham edilir. G.Albari özünü qismən təqsirli hesab edib.
Ötən iclasda ifadəsi zamanlı o, psixotrop maddə istifadəçisi olduğunu etiraf etsə də, satışı ilə məşğul olmadığını deyib: "Bu dərman İranda apteklərdə açıq satılır, dərman kimi də istifadə olunur. Azərbaycanda qadağa olunduğunu bilmirdim". 

Xəbər xətti