DÇ-2026-ya 4 ölkə namizədliyini irəli sürüb
00:03 - 27 Mart 2018 - Xəbər
2026-cı ildə keçiriləcək dünya çempionatı ilə bağlı 4 ölkə namizədliyini rəsmən irəli sürüb.
Publika.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ABŞ, Kanada, Meksika və Mərakeş mundiala ev sahibliyi etmək üçün ali futbol qurumuna rəsmi sənədlərini göndərib. Mərakeşdən fərqli, ilk 3 Şimali Amerika ölkəsi dünya çempionatını birlikdə təşkil etmək niyyətindədir.