Mədət Quliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

16:31 - 26 Mart 2018 - Xəbər

Prezident İlham Əliyev Mədət Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xəbər xətti