İlham Əliyev DTX-nin hərbi qulluqçularını təltif edib

16:28 - 26 Mart 2018 - Xəbər

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əliyev Zaur Aydın oğlu – polkovnik Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki “Vətən uğrunda” medalı ilə Ramazanov Rafiq Sultan oğlu – polkovnik Hüseynov İlqar Yavər oğlu – polkovnik Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant Məmmədquliyev Əli Şüceyib oğlu – mayor “İgidliyə görə” medalı ilə Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant Əzimov Əzim Yaqub oğlu – leytenant “Hərbi xidmətlərə görə” medalı ilə Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı Paşayev Qənimət Əliheydər oğlu – mayor Hacıyev Ramil Kamil oğlu – mayor Həşimov Mirələm Ağamir oğlu – mayor Ələskərov Kazım Faiq oğlu – mayor Zeynalov Vüsal Nayib oğlu – kapitan Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.

Xəbər xətti