Qubadakı tarixi hamam bərpa edilib
16:46 - 26 Mart 2018 - Xəbər
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubadakı tarixi "Hündür gümbəzli hamam"ın açılış mərasimi keçirilib.
Hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilib.
XIX əsrin əvvəlində tikilən və yeni bərpa olunan hamamın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.
Hamam ən erkən zamanlarda Azərbaycanda bişmiş qırmızı kərpicdən istifadə olunmasının sübutudur.
Hamam ictimaiyyət üçün açıq olacaq, eləcə də turizm, yerli sənətkarlığın inkişafı məqsədilə istifadə ediləcək.trend