FHN: Mingəçevirdə yataqxanada baş vermiş yanğın söndürülüb

15:20 - 26 Mart 2018 - Xəbər

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv.m olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti