Telefon oğurlayan azyaşlı tutulub

14:52 - 26 Mart 2018 - Xəbər

Martın 24-də Şabran şəhər sakini Elşən Paşayev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus Grand mağazasından  ümumi dəyəri 1200 manat olan 5 ədəd mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir nəfər azyaşlı saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdikləri cinayəti etiraf edərək oğurladığı mobil telefonları müxtəlif şəxslərə satdığını bildirib.  Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə telefonların satıldığı şəxslər müəyyən edilərək satılmış mobil telefonlar onlardan maddi sübüt kimi götürülərək istintaqa təqdim olunub.  Faktla bağlı barələrində Şabran RPŞ-də cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti