"Real" TV yayıma başlayıb

10:33 - 15 Mart 2018 - Xəbər

"Real" TV peyk yayımına başlayıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “Real” TV bu gündən “Azərspace-1” peykində yayımlanır. Telekanalı peyklə bərabər, tvreal.azsaytı və bəzi kabel operatorları vasitəsilə izləmək mümkündür.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Xəbər xətti