Soydaşlarımız Gürcüstanda qanvermə aksiyası keçirtdi

11:13 - 26 Fevral 2018 - Cəmiyyət

Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib. Səfirliyin binasında Xocalı faciəsini əks etdirən fotosərgi açılıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, aksiya Xocalı soyqırımının 26-cı ildönümümə həsr olunub.

Səhər saatlarından başlayaraq səfirliyin əməkdaşları, jurnalistlər, Tbilisidə yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri könüllü olaraq səfirliyə gələrək qan veriblər. Aksiyada toplanan qan Gürcüstanın qan bankına verilib.

"Logman" Tibb Mərkəzinin həkimlər briqadası əvvəlcə insanları müayinə ediblər. Onlara məsləhətlər verib, qayğı göstəriblər.


Xəbər xətti