"ABŞ-ın Azərbaycanla bağlı siyasəti güclü, çiçəklənən, müstəqil dövlət olmaqda Azərbaycana kömək etməkdir".
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, ABŞ-ın Azərbaycanla ümumi fəaliyyəti iqtisadiyyat, təhlükəsizlik, qanunun aliliyi, insan haqları və demokratiya sahələrini əhatə edir.
Diplomat qeyd edib ki, ABŞ ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan artıq maddi yardım göstərib .
Azərbaycanda aprelin 11-i keçiriləcək prezident seçkilərinə toxunan R. Sekuta vurğulayıb ki, ABŞ üçün vətəndaşların seçkidə azad iştirakı, seçkilərin ədalətli keçirilməsi vacibdir.