Nazir Şirvanda vətəndaşları qəbul edəcək

15:17 - 23 Fevral 2018 - Cəmiyyət

Fevralın 27-də, saat 11:00-da vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: G.Şıxbala oğlu küç., 14) Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 23-26 fevral Ərazi Vergilər İdarəsinə, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və yaxud nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

“Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər”, - məlumatda qeyd olunub. 

Xəbər xətti