Milli Məclisin bu gün keçirilən iclasında Xocalı soyqırımının 26- ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov plenar iclasda məlumat verib. O qeyd edib ki, hazırda parlamentin 20-yə yaxın üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak edir:
“Başqa bir neçə millət vəkilinin xarici ölkələrdəki tədbirlərə qatılması gözlənilir. Eyni zamanda parlament adından da beynəlxalq təşkilatlara bəyanat ünvanlanması ilə nəzərdə tututulur”.