Nazir Cenevrəyə səfər edəcək

15:47 - 21 Fevral 2018 - SİYASƏT

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının Cenevrədə keçiriləcək 37-ci sessiyasında iştirak edəcək.
 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub.
 
Sessiya fevralın 26-dan martın 23-dək keçiriləcək.
 
Sessiyanın ilk həftəsində 100-ə yaxın ölkədən rəsmi şəxslərin iştirakı və çıxışı gözlənilir.
 
İclasda E. Məmmədyarovun da çıxışı nəzərdə tutulub.

Xəbər xətti