Daha bir partiya seçki haqda qərar verdi

13:17 - 21 Fevral 2018 - SİYASƏT

Azərbaycan Demokrat Partiyası aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar verib. 
 

"Ucnoqta.az" Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata istinadən bildirir ki,  qərarda bildirilir ki, ölkədəki ictimai siyasi vəziyyət, siyasi coğrafiyamızda baş verən təhlükəli proseslər, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyi, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiya 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq belə bir  qərar verib. 
 

Qeyd edək ki, partiyanın seçkidə namizədi ADP sədri Sərdar Cəlaloğludur.

Xəbər xətti