İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Azərbaycana səfərə gəlib.
"Ucnoqta.az" Trend-ə istinadla bildirir ki, bu gün İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər fevralın 22-dək davam edəcək.