Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.
"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, MSK sədri Məzahir Pənahov deyib ki, Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb: “Prezidentin növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti var”.
Məsələ səsə qoyularaq qəbul edilib.