ATƏT PA prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub

14:00 - 6 Fevral 2018 - Xəbər

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tseretelinin Azərbaycana səfərinin vaxtı məlum olub.

 

"Ucnoqta.az" ATƏT PA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, G. Tsereteli regiona səfəri çərçivəsində martın 8-9-da Ermənistanda olacaq.

 

Daha sonra ATƏT PA prezidenti martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək.

 

O, martın 13-də Bakıda keçiriləcək İpək Yolu Konfransına qatılacaq.

Xəbər xətti