Zakir Zeynalovun oğlu vəfat etdi - Ağır xəstə idi

12:14 - 6 Fevral 2018 - Xəbər

2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 4 ildir ki, əziyyət çəkdiyi ağır xəstəlikdən vəfat edib. A. Zeynalovun nəşi bu gün Türkiyədən Azərbaycana gətiriləcək.

 

Qeyd edək ki, A. Zeynalova 2014-cü ildən “Mila Displastik sindrom” diaqnozu qoyulub. O, Türkiyənin “Florence Nightinale” xəstəxanasında müalicə alırdı.

 

Xatırladaq ki, mərhum spiker müavininin oğlu Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.


Xəbər xətti