Naxçıvan şəhəri "Gənclər paytaxtı" elan edilib

10:06 - 3 Fevral 2018 - Xəbər

Naxçıvan şəhəri 2018-ci ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib.

 

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə 2 fevral - Gənclər günü ilə bağlı "Buta Palace" sarayında keçirilən tədbirdə elan edilib.

 

Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.

 

"Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.

Xəbər xətti