Əlövsət Ağalarov “Əməkdar jurnalist” oldu
18:40 - 2 Fevral 2018 - Xəbər
Prezident İlham Əliyev Əlövsət Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
"Ucnoqta.az" "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ada layiq görülüb.