“Şərq bazarı” bağlanır - Tarix açıqlandı

14:17 - 2 Fevral 2018 - Xəbər

"Şərq bazarı" təmirə bağlanacaq.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar verib.
 

Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb:
 

“Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda müxtəlif bazarda işimizi davam etdirəcəyik”.
 

Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib:
 

“Hazırda bazarda hər hansı bir təmir işi getmir. Aprel ayından etibarən işlərin başlanması nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.


Xəbər xətti