Prezident dəyişiklik etdi - Bundan sonra televiziyalarda...

12:51 - 2 Fevral 2018 - Xəbər

Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamda qeyd olunur:
 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987) aşağıdakı dəyişikliklər edilsin:
 

1. 11.5.3-cü maddədən “uşaqların və” sözləri çıxarılsın.
 

2. 33-cü maddə üzrə:
 

2.1. adında “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin;
 

2.2. 33.1-ci və 33.3-cü maddələrdən “uşaqların və” sözləri çıxarılsın.
 

3. 35-ci maddə üzrə:
 

3.1. 35.14-cü maddədən “uşaqların və” sözləri çıxarılsın;
 

3.2. 35.14.1-ci maddədən “uşaqlara və” sözləri çıxarılsın və həmin maddədə “uşaqların” sözü “onların” sözü ilə əvəz edilsin;
 

3.3. 35.14.2-ci maddədən “uşaqlar və” sözləri çıxarılsın.

Xəbər xətti