Millimiz bu gün ilk oyununu keçirəcək

10:37 - 2 Fevral 2018 - Xəbər

Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, komandamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşacaq.
 

Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq və "CBC Sport" telekanalında canlı yayımlanacaq oyunu Ancelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Çernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.

Xəbər xətti