"Ucnoqta.az" xəbər verir ki, Film Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Təhsil Nazirliyi və Gənclər Təşkilatı Milli Şurasının təşkilatı dəstəyi ilə həyata keçirilib.
Müəllim Gülnar İsmayılovadır. 1994-cü ildə Bakıda anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib və 2017-ci ildə Müəllimlərin İşə Qəbulu İmtahanında iştirak edərək Daşkəsən rayonunun Dəstəfur kənd məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi qəbul olub. Şəhər mühitində böyüyən Gülnar hazırda bu kənddə çalışır. Atası da ona dəstək olmaq üçün Dəstəfura köçüb.