Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək

16:34 - 1 Fevral 2018 - Xəbər

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək.

"Ucnoqta.az" SHXÇDX-nın Mətbuat xidmətindən  "Report"a  verilən məlumata istinadən bildirir ki, qəbul fevralın 15-i, saat 11:00-da Xidmətin Qusar rayon şöbəsində baş tutacaq. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 12.02.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir. 

Xəbər xətti