Bu gün Səbail rayon Məhkəməsində "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin keçmiş vəkil Aslan İsmayılova qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, iclasda qərar elan edilib. Qərara görə, iddia ərizəsi icraata götürülüb. Məhkəmənin baxış iclası fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, H. Hacıyev A. İsmayılovun onu təhqir etməsini iddia edərək məhkəməyə müraciət edib. O, A. İsmayılovun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrlə cəzalandırılmasını istəyir.