Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 790 terrorçu məhv edilib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib.
Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.