Milli Məclisin komissiyalarının tərkibi dəyişdirildi

12:24 - 1 Fevral 2018 - Xəbər

Milli Məclisin Hesablayıcı komissiyasının tərkibində dəyişiklik edilib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında qərar verilib. 
 

Qərara əsasən, Milli Məclisin deputatları - Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin Hesablayıcı komissiyanın üzvü seçilib. 
 

Həmçinin, Milli Məclisin daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq, Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə İntizam komissiyasının üzvü seçilib. 

Xəbər xətti