"Elmdə gəncləşmə lazımi səviyyədə deyil" Nazir müavini

11:57 - 1 Fevral 2018 - Xəbər

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin birinci məqsədi gəncləri elmə gəlməyə həvəsləndirmək, ikinci məqsəd isə elmdə olan gənclərə dəstək verməkdir.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
 

Onun sözlərinə görə, şagirdləri elmə gəlməyə həvəsləndirmək məqsədilə bir çox müsabiqələr keçirilir.
 

Hazırda Azərbaycanda gənclər siyasəti üzrə sayca 3-cü - "Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə" Dövlət Proqramının icra olunduğunu deyən İ.Babayev bildirib ki, bu gün ölkədə bütün sahələrdə gəncliyin inkişafı prioritetdir: "Etiraf edək ki, elmdə gəncləşmə istədiyimiz səviyyədə deyil. Ancaq aparılan dövlət siyasəti nəticəsində gənclər elmə həvəslə gəlirlər".

Xəbər xətti