"Azərbaycan gənclərinin potensialı çox böyükdür" Baş nazirin müavini

11:30 - 1 Fevral 2018 - Xəbər

Azərbaycan gənclərinin potensialı çox böyükdür.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən tədbirdə deyib.
 

Ə.Əhmədov bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.
 

O, gəncləri sosial şəbəkədə fəal olmağa səsləyib: "Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. Əminəm ki, gənclər 2018-ci ilin onların qarşısında qoyduğu hədəflərin öhdəsindən uğurla gələcəklər".
 

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda gənclər üçün hər cür şərait yradılıb.
 

Qeyd edək ki, bu gün YAP Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib.

Xəbər xətti