Baş nazirin müavini Əli Əhmədov məzarlıqlarla bağlı qaydaların qəbulunun gecikməsinə aydınlıq gətirib.
"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən bildirir ki, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, sənəd konseptual olaraq hazırlanıb.
Baş nazirin müavini bildirib ki, sənədin son variantının hansı formatda ortaya çıxması ilə bağlı müxtəlif yanaşmalar olub:
"Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Yaxın vaxtlarda sənəd imzalanacaq".