Bu gün deputatlar ilk iclasa toplaşır

09:54 - 1 Fevral 2018 - Xəbər

Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, iclasda Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə və dəyişikliklər, o cümlədən “Sosial sığorta haqqında” qanuna, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.
 

İclasda, həmçinin yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. Ümumilikdə iclasın gündəliyinə 15 məsələ daxildir.

Xəbər xətti