Keçmiş məhkum küllü miqdarda heroinlə saxlanıldı

20:51 - 31 Yanvar 2018 - Xəbər

Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçmiş məhkumu saxlayıblar.


"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən xəbər verir ki, saxlanılan Həmidov Əli Sudday oğlunun üzərində gəzdiridiyi çantadan narkotik vasitə sayılan 2 kq heroin aşkar edilərək götürülüb.
 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. Həmçinin Ə.Həmidovun əvvəllərdə analoji əmələ görə məhkumluq həyatı yaşadığı məlum olub.

Xəbər xətti