Aİ rəsmisi: "Bakı-Tbilisi-Qars dəmiryolu vacib xətdir"

18:26 - 31 Yanvar 2018 - Xəbər

"Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiya arasında malların daşınması baxımından vacib xətdir".
 
"Ucnoqta.az" APA-nın məlumatına istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey deyib.
 
O, Aİ-nın malların daşınması üçün istənilən dəmiryol xəttindən istifadədə maraqlı olduğunu bildirib: "Bu strateji layihə bir neçə ay əvvəl işə düşdü. Bakı-Tbilisi-Qars dəmiryol sahəsində mühüm layihədir. Bu, Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə də töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə nəql edilən məhsulların həcmi artacaq. Avropa İttifaqı mövcud olan və yüklərin daşınmasında istifadə edilən bütün nəqliyat dəhlizlərindən yararlanmaqda maraqlıdır".
 
Aİ rəsmisi Azərbaycanda apardığı danışıqlara da toxunub: "Danışıqlar zamanı strukturlu, daimi nəqliyyat dialoqu formalaşdırmaq qərarına gəldik. Bu dialoq nəqliyyat sahəsini əhatə edəcək. Dialoqun məqsədi nəqliyyatın ayrı-ayrı hissələrinə dair məsələləri gündəmə gətirmək, bəzi məsələləri həll etməkdir".

Xəbər xətti