Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" sabah iki yoxlama oyunu keçirəcək.
"Ucnoqta.az" Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə 16:00-da Makedoniyanın "Şkupi", ikinci matçda isə saat 18:30-da Ukraynanın "Mariupol" komandas ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun komandası yanvarın 25-də "Şkupi" (Makedoniya) və "Mariopul" (Ukrayna), 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.