Futbol üzrə Azərbaycan və Kosovo yığmaları arasında yoldaşlıq oyununun keçiriləcəyi stadion müəyyənləşib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 2-də Antalya toplanışı çərçivəsində baş tutacaq matç "Mardan" stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Moldova yığması ilə də "Mardan" stadionunda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.