“Qalatasaray”ın sabiq prezidenti Dursun Özbəkin baş məşqçi postuna gətirdiyi Fatih Terim istefa verəcək.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, hələ İstanbul klubu ilə müqavilə imzalayarkən Terim yanvar ayının 20-ə qədər qol çəkdiyini deməklə seçkilərə işarə etmişdi.
Yeni prezident Mustafa Cengizin təcrübəli mütəxəssislə işləmək istəməsini bildirməsinə baxmayaraq Terim “Kaysersipor”la oyundan sonra rəsmən istefa verəcək.